Universitetlərdə geyimə görə tələbəyə töhmət verilə bilərmi? - Rəy

15:28 26.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, ATU-nun rektoryanı şurasının qərarına əsasən 4 tələbəyə töhmət verilib. Şuranın qərarına əsasən, II müalicə-profilaktika fakültəsinin III kurs 317A3 qrup tələbəsi Əvəz Yusubov universitetin nizam-intizam qaydalarını pozduğuna görə töhmət alıb. Eləcə də, ATU-nun hazırlıq kurs tələbələri Negar Mohammadı, Maryam Hosseini Ozarlou və Mirhossein Hosseiniozarlouya dərsdə nizam-intizam qaydalarını pozduqları üçün (dərs zamanı tibbi xalat geyməkdən imtina ediblər) şuranın qərarına əsasən töhmət verilib.

Bu məsələ sosial şəbəkələrdə xeyli müzakirələrə yol açıb. Facebook istifadəçiləri belə hesab edirlər ki, bu qərar yanlış qərardır.

Hafta.az-a danışan təhsil eksperti Elçin Əfəndi hesab edir ki,ümumi qaydalara görə vahid geyim forması varsa, buna hər bir kəs əməl etməlidir:

"Fərq etməz müəllim və ya tələbə. Amma bu qaydanı pozanlara qarşı birbaşa töhmət verilməsi intizam qaydalarına ziddir. Çünki ilk olaraq xəbərdarlıq edilməlidir. Ardınca təkrar olarsa və bu zaman töhmət verilməlidir. Bu hallara dünya praktikasında da tez-tez rast gəlinir. Yaponiyada və ya ABŞ-da isə normal bir vəziyyətdir. Düzdür adlarını çəkdiyim ölkələrdə də bəzi kollec və ali təhsil müəssisələrində vahid geyim forması var".