Yazını böyüt
Yazını kiçilt
Təhsil Nazirliyi Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.
Bu barədə hafta.az-a Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Təhsil Nazirliyi bununla bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir.