ÜST meymunçiçəyi ilə bağlı qərar verdi

14:48 26.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə bağlı qərarını açıqlayıb.

 

Hafta.az xəbər verir ki, ÜST xəstəliyin yayılmasını yüksək xəbərdarlıq pilləsi elan etməyib və beynəlxalq səviyyəli fövqəladə vəziyyət kimi dəyərləndirməyib.

 

Bildirilib ki, ÜST qərarını təşkilatın fövqəladə hallar komitəsinin tövsiyəsi əsasında verib.

 

Məlumata görə, qərardan öncə təşkilatın fövqəladə hallar komitəsi bir neçə gün davam edən müzakirələr aparıb. Müzakirələrin sonunda qərar qəbul olunub.

 

Qeyd edək ki, beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti ÜST tərəfindən elan edilən ən yüksək xəbərdarlıq pilləsidir. Bu, hazırda COVID-19 pandemiyası və poliomielit xəstəliyinə şamil olunur.

 

Xatırladaq ki, bundan öncə Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

 

Meymunçiçəyi Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri "çiçək" xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri COVID-19-u xatırladır - qızdırma, başağrısı, bel və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.


Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir, daha sonra yaraya çevrilir.


Meymunçiçəyi virusu insanlara birbaşa təmasla və ya hava yolu ilə keçə bilər. Koronavirusda olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilir.

 

İlk dəfə meymunda aşkar edilən virusa indiyədək 30-dan çox ölkədə rast gəlinib.

Oxunma sayı 255