ÜST "meymunçiçəyi"nə yoluxma ilə bağlı statistika yayıb

09:21 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada təsdiqlənmiş "meymunçiçəyi"nə yoluxma hallarının sayını açıqlayıb.

Hafta.az xarici mətbuata istinadla xəbər verir ki, ilin əvvəlindən dünyanın 50 ölkəsində yoluxanların sayı 3,4 mini keçib. Bir yoluxmuş şəxs dünyasını dəyişib.

Ən çox yoluxma Avropa ölkələrində - 86 faiz- qeydə alınıb. Eyni zamanda, bu yaxınlarda aşkar edildiyi ölkələrdə, əsasən, kişilər xəstələnir.

 

Bundan əvvəl, Ümumdünya Səhiyyə Təşkilatının "meymunçiçəyi" ilə mübarizə komitəsi belə nəticəyə gəlmişdir k, xəstəliyin yayılma miqyası hal-hazırda ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.

Oxunma sayı 135