ÜST yeni qlobal təhlükə barədə xəbərdarlıq edir

09:05 18.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisi, Konqoda yanvar-noyabrın ayları ərzində xəstəlik səbəbiylə 13 mindən çox şübhəli hadisənin və 600-dən çox ölümün baş verdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Rosamond Levis xəstəliyin Konqo Demokratik Respublikası, qonşu ölkələr və bütün dünya vətəndaşları üçün təhlükə yaratdığını bildirib. ÜST sınaq imkanlarını genişləndirmək və peyvəndi ölkəyə gətirmək üçün Konqodakı səlahiyyətlilərlə işləyir.

Rosamond Levisin sözlərinə görə, xəstəliyin artan yayılması cinslə bağlıdır.

Konqo ilə qonşu ölkələr arasında çoxlu sərhəd keçid məntəqələri olduğundan ÜST xəstəliyin bölgədə yayılmasından narahatdır.

ÜST Konqoda dolaşan meymun çiçəyi virusunun cinsi əlaqə yolu ilə ötürülməsinin ilk dəfə aşkarlandığını bildirib. Lakin Levis insanların bir araya gəlməsi ilə bağlı risklərin hələ də qaldığına dair xəbərdarlıq edib.

O, noyabr ayında homoseksual kişilər üçün Asiyada təşkil olunan gəmi gəzintisindən sonra meymun çiçəyi ilə Avropaya qayıdan bir xəstəyə işarə edərək, gəmidə çox sayda bu cür yoluxmaların olduğunu bildirib.