Usta 5-ci mərtəbədən yıxılıb öldü

11:56 31.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Nərimanov rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılıb.

 

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

 

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.