Xüsusilə şirkət səhmlərinin dəyəri əsasında hesablanan Bloomberg Milyarderlər İndeksinə görə, 2023-cü ilin əvvəlindən Rusiyanın ən zəngin iş adamlarının sərvəti 23 milyard 279 milyon dollar artıb.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, “Lukoyl”un rəhbəri Vahid Ələkbərovun sərvəti ilin əvvəlindən 7,83 milyard dollar artaraq 23,2 milyard dollara çatıb.
Təbii qaz istehsalçısı "Novatek"in səhmdarı Gennadi Timçenkonun gəliri 3,31 milyard dollar artıb. Hazırda Timçenkonun sərvəti 15,1 milyard dollardır.
“Eurochem” və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 3,47 milyard dollar artaraq 16,6 milyard dollar ötüb.
Ən böyük itkini Dağıstan Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov verib. Onun sərvəti 1,55 milyard dollar azalaraq 7,44 milyard dollar olub.