ABŞ Ukraynaya əks-hücumda istədiyi hər şeyi verdi, lakin irəliləyiş arzuolunandan daha yavaşdır. Bu barədə Ağ Evdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-ə müsahibəsində bildirib.
Kirbinin dediyi kimi, ABŞ Kiyevin “alış siyahısı”ndakı bütün təklifləri yerinə yetirib və o, hücum üçün istədiyi hər şeyi əldə edib. Onun sözlərinə görə, hazırda Vaşinqton bunu davam etdirir və Ukrayna Silahlı Qüvvələrini Rusiyanın müdafiə xəttini yarmağa hazırlamağa davam etmək niyyətindədir.
O, hesab edir ki, ukraynalılar “vaxtın onların tərəfində olmadığını” başa düşürlər və payızın başlaması ilə Ukrayna Silahlı Qüvvələri yerdə manevr etmək, pilotsuz təyyarələrdən və hava hücumundan müdafiə sistemlərindən istifadə etməkdə çətinlik çəkəcək.
Onun sözlərinə görə, hələlik işlər Ukrayna prezidenti Vladimir Zelenskinin istədiyi kimi sürətlə getmir, lakin Ukrayna ordusu “müəyyən irəliləyiş” əldə edir.