“Vaxtı çatanda Fələstinin tanınmasını nəzərdən keçirəcəyik” – XİN başçısı

09:50 04.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belçikanın xarici işlər naziri Hadca Lahbib verdiyi açıqlamada, Belçikanın "vaxtı gələndə" Fələstini suveren dövlət kimi tanımaq məsələsini nəzərdən keçirəcəyini bildirib.

Hafta.az-ın yazdığına görə, İspaniyanın da xarici işlər naziri ölkəsinin Fələstini suveren dövlət kimi tanıyacağını və beləliklə, Fələstinin BMT-də yerini alacağını bildirib. İspaniyanın Baş naziri Pedro Sançez İordaniyada başlayan Yaxın Şərq turu zamanı jurnalistlərə deyib ki, ölkəsi iyul ayına qədər Fələstin dövlətini tanıyacaq. Sançes Avropa İttifaqı daxilində bir sıra üzv ölkələri eyni mövqedən çıxış etməyə məcbur edəcək “hərəkət bloku”nun tezliklə formalaşacağına inandığını bəyanlayıb. O, keçən ayın əvvəlində hökumətinə cari qanunvericilik sessiyası bitənə qədər Fələstin dövlətini rəsmən tanıyacağına söz vermişdi. Sosialist Partiyasının Bask bölgəsinin Bilbao şəhərində təşkil etdiyi mitinqdə o, bu addımı mənəvi inamla əsaslandırdığını, çünki o, Fələstin davasının ədalətli olduğuna və bunun Fələstin-İsrail münaqişəsini həll etməyin yeganə yolu olduğuna inandığını söyləyib.

2014-cü ildə sağçı Xalq Partiyası hökuməti dövründə İspaniya parlamenti yekdilliklə “Fələstin dövlətinin birtərəfli və qeyd-şərtsiz tanınmasına” çağıran bəyannaməni təsdiqləyib, lakin bu bəyannamə hökumət tərəfindən heç bir icraedici addımla izlənilməyib.

Ərəb dövlətləri və Avropa İttifaqı ötən ilin noyabrında İspaniyada keçirilən görüşdə Fələstin-İsrail münaqişəsinin yeganə həllinin iki dövlətli həll yolundan keçməsi barədə razılığa gəliblər.

1988-ci ildən indiyədək BMT-yə üzv olan 193 ölkədən 139-u Fələstin dövlətini tanıyıb.

Siyasət rubrikasından digər xəbərlər