“VAZ” yolu keçən piyadanı vurub

22:43 11.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, fevralın 11-i saat 19 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada, 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.