Vəkilin ölümü ilə bağlı cinayət işi açılıb

23:24 01.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda vəkilin ölümü ilə bağlı cinayət işi açılıb.

Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə bəyan edib ki, qurum ilə vəkil arasında hər hansı isə problem baş verməyib və onun barəsində intizam işi olmayıb.