Yazını böyüt
Yazını kiçilt
“Sabah” klubu Velko Simiçlə yeni müqavilə bağlayıb.
Hafta.az kluba istinadən bildirir ki, serbiyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Simiç “Sabah”la yeni müqaviləni azad agent kimi bağladığından, keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.
Ötən ilin avqust ayında Türkiyənin “Sivasspor” klubundan icarə əsasında “Sabah”a keçən Simiş komandada 34 oyun keçirib. Bu oyunlarda 12 qol vurub və 13 məhsuldar ötürmə edib.