Velosiped oğurlayan keçmiş məhkum tutuldu

14:25 08.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda velosiped oğrusu tutulub.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 4 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.