Yazını böyüt
Yazını kiçilt
Ağsuda “Telegram”da “Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.