Vüsal Nəsirli ona yüksək vəzifə VERDİ

14:28 01.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

Hafta.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, Həsən Namiq oğlu Babayev qurumun Maliyyə və İqtisadiyyat şöbəsinin müdir müavini təyin edilib. pizza mizza

Qeyd edək ki, H. Babayev bundan əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Maliyyə departamentinin Maliyyə Nəzarəti və Hesabatlılıq şöbəsinin müdiri olub.