XİN-dən sərhəddəki təxribatla bağlı açıqlama

21:14 11.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusu Kəlbəcər istiqamətində heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etməyib.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumatında deyilir.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Qeyd edək ki, nazirliyin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Siyasət rubrikasından digər xəbərlər