Xanağada 2 otaqlı ev yandı

23:26 21.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Hafta.az bu barədə FHN-ə istinadən bildirir.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.