“Xanım prezident özünü qeyri-formal hökmdar kimi aparır” - Rati Breqadze

09:30 07.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Xanım prezident qeyri-rəsmi hökmdar kimi bərqərar olub, antidemokratik, konstitusiyaya zidd üsullarla demokratik inkişaf vədi Avropa dəyərlərinə yaxındır, gerisini özünüz araşdırın”.

Hafta.az-ın yazdığına görə, bu barədə sosial şəbəkədə ədliyyə naziri Rati Breqadze yazır.

Breqadze Gürcüstan prezidenti Salome Zurabişvilinin baş nazir postuna öz namizədinin olduğu bəyanatına cavab verib.

“Gürcüstan Konstitusiyasına görə: 1. Gürcüstan prezidenti siyasi partiyanın üzvü ola bilməz; 2. Parlament seçkilərində ən yaxşı nəticə göstərən siyasi partiya Baş nazirliyə namizədi təqdim edəcək. Ona görə də rəsmi olaraq nə baş nazirliyə namizədin seçilməsində, nə də təqdimatında iştirak edə bilmirsə və bu prosesə qeyri-rəsmi qatılırsa, belə çıxır ki, xanım prezident qeyri-rəsmi idarəçi kimi formalaşıb”, - ədliyyə naziri deyib.

Qeyd edəkn ki, Gürcüstan prezidenti Salome Zurabişvili koalisiya hökuməti quracağı təqdirdə artıq baş nazir postuna öz namizədinin olduğunu söyləyib.