Yazını böyüt
Yazını kiçilt
Xankəndidə separatçılar arasında qarşıdurma artıq silahlı toqquşmalar səviyyəsinə qalxıb.
Hafta.az erməni mediasına istinadla xəbər verir ki, ötən gecə Xankəndidə atəş səsləri eşidilib - naməlum şəxslər separatçıların rəhbəri Araik Arutyunyanın iqamətgahı istiqamətində atəş açıblar. Digər təfərrüatlar hazırda məlum deyil.
İnternetdə atışma səslərini əks etdirən video yayılıb.