Xankəndidə daha 5 avtomat, 8 qumbara tapılıb

11:40 24.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə silah-sursat aşkarlanıb.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 23-də Xankəndi şəhəri ərazisində 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 8 ədəd qumbara, 28 patron darağı, 705 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Oxunma sayı 128