Xankəndidə “Güclü cəmiyyətin zərif simaları” - GÖRÜŞ

14:01 05.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Xankəndi şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və Regional İnkişaf İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş təşkil olunub. Qarabağ Universitetində təşkil olunan tədbir “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.

Bu barədə Hafta.az-a Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, tədbirin əsas məqsədi işğaldan azad olunaraq yenidən həyat qazanan Qarabağın memarlıq salnaməsinə nəzər salmaq, doğma yurdlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini ictimaiyyətə çatdırmaq, milli-mədəni irsimizin zənginliyini təbliğ etmək və gələcək nəsillərə ötürüləcək dəyərlərin əhəmiyyətini vurğulamaq olub.

Çıxışlarda Qarabağda aparılan yenidənqurma prosesinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığı, tarixi və mədəni irsin qorunmasının isə milli yaddaşın yaşadılması baxımından xüsusi önəm daşıdığı qeyd edilib.