Xankəndidə silah-sursat aşkarlandı

11:47 22.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə silah-sursat aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd tüfəng, 4 ədəd qumbara, 52 ədəd patron darağı, 1972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.