Xankəndidə silah-sursat aşkarlanıb

11:50 12.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə silah-sursat aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 11-də Xankəndi şəhəri ərazisində 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara, 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.