Xarici şirkətlər “Arctic SPG-2” layihəsindən çıxır

09:10 26.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Arktikaya yaxın bölgədəki xarici səhmdarlar “Novatek” tərəfindən idarə olunan “Arctic SPG-2” təbii qaz layihəsindən “fors-major”a əsaslanaraq geri çəkilib.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, ABŞ noyabrın 2-də layihəyə qarşı sanksiya təyin edib. “Kommersant” qəzeti yazır ki, layihədən geri çəkilən səhmdarlar Fransanın “TotalEnergies” şirkəti, Çinin CNPC və CNOOC konsorsiumları, eləcə də Yaponiyanın “Mitsui” və “JOGMEC” şirkətləridir.

Layihədə “Novatek”in payı 60 faiz, digər iştirakçıların hər biri 10 faiz olub.

Kremlin sözçüsü Dmitri Peskov mövzu ilə bağlı sualları cavablandırmayıb. Peskov jurnalistlərə “Novatek”in nümayəndələri ilə görüşməyi tövsiyə edib.

“Arctic SPG-2” xaricilərin iştirakını davam etdirdiyi nadir layihələrdən biri idi.