Xəzər dənizində zəlzələ olub

14:22 23.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 23-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, yerli vaxtla saat 11:37-də qeydə alınan zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3.5-ə bərabər olub.