Xəzər dənizində zəlzələ olub

21:19 04.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizində zəlzələ baş verib.

Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 18:37-də Qala stansiyasından 165 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,6, dərinliyi isə 25 km olub.