Xəzər rayonunda qızıl-zinət oğruları tutuldu

13:10 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə yanvarın 23-də Binə qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həsən Hüseynov və Əli Əmirxanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.