Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - FAKTİKİ HAVA

10:24 22.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
 

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 22-si saat 08:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır.

Xidmətdən hafta.az-a bildirilib ki, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrdir.

Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, Gədəbəydə qar yağır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.