Mübahisələrə baxmayaraq, Kolumbiya hökuməti 300 il əvvəl batmış qızıl və daş-qaşlarla dolu İspaniya hərbi gəmisinin qalıqlarını çıxarmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, Kolumbiyanın mədəniyyət naziri Xuan David Korrea noyabrın 1-də verdiyi açıqlamada bildirib ki, prezident Qustavo Petro batmış ispan qalyonu “San Xose”nin qısa zamanda çıxarılması barədə göstəriş verib.
Xəzinəni əldə etməyin Petro administrasiyasının prioritetlərindən biri olduğunu bildirən Korrea, prezidentin 2026-cı ildə səlahiyyət müddəti bitmədən gəmi söhbətini bağlamaq istədiyini bildirib.
“San Jose” qalleonu 1701-1711-ci illər arasında İspan Varisliyi Müharibəsi zamanı 600 nəfərlik heyəti ilə 8 iyun 1708-ci ildə Karib dənizində ingilislər tərəfindən batırılıb.
Tarixçi Karla Rahn Fillipsə görə, 62 toplu, üç dirəkli ispan qalleonu batırılanda onun içində 6 illik xəzinə olub. Batmış qənimətə milyonlarla peso dəyərində gümüş və qızıl sikkələr, Kolumbiya zümrüdləri ilə doldurulmuş sandıqlar daxildir. Digər tərəfdən, Perudakı mədənlərdən çıxan gümüş və qızıl da dənizin dibində çıxarılacağı günü gözləyir.
“San Xose” qalleonunun batdığı yer dəqiq bilinmədiyi üçün bu illərlə əfsanə olaraq qalıb.
“Glocca Morra” adlı ABŞ şirkəti 1981-ci ildə “San Xose”ni tapdığını açıqlayıb. Şirkət koordinatları Kolumbiyaya verib və onunla xəzinənin yarısına sahib olduğunu bildirən müqavilə imzalayıb.
2015-ci ildə o zamankı prezident Xuan Manuel Santos Kolumbiya Hərbi Dəniz Qüvvələrinin batan gəmini başqa yerdə tapdığını açıqlamışdı.
Bu koordinatlar dövlət sirri olduğu üçün paylaşılmayıb.
Bununla belə, “Glocca Morra”nın varisi “Sea Search Armada” hesab edir ki, 2015-ci il kəşfinin elanı 1981-ci ildə təqdim etdikləri koordinatlara əsaslanır. unun üzərinə şirkət ABŞ - Kolumbiya Ticarətin İnkişafı Müqaviləsi çərçivəsində 10 milyard dollar tələb edərək iddiasını Londondakı vasitəçi məhkəməsinə verdi.
Xəzinənin xalis dəyəri barədə heç kim dəqiq məlumat vermir. Ancaq illərdir davam edən məhkəmə çəkişmələri səbəbindən xəzinənin 4 ilə 20 milyard dollar arasında olduğu təxmin edilir.
Korrea məhkəmənin qərarlarına əməl edəcəklərini, lakin işin heç bir əsaslı olmadığını bildirib.
Hökumət şirkət tərəfindən verilən koordinatlara baxdıqlarını, lakin heç bir gəmi qalıqları aşkarlamadıqlarını bəyan edib.