Xınalıq və Qırızda 10 santimerə qədər qar yağıb

11:27 30.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabırn 30-da Quba və Qusarın dağlıq ərazilərinə bu ilin ilk güclü qarı yağıb.

Hafta.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Qırız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 3 santimer qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.