Bir neçə gün əvvəl Ermənistanın sabiq müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri, Xocalı canisi Seyran Ohanyanın qanunsuz əmlakı ilə bağlı iddia edilən növbəti məhkəmə iclası başlayıb.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, S.Ohanyan və ona yaxın olan şəxslərə aid “Lexus” markalı avtomobil, İrəvanın mərkəzində 2 daşınmaz əmlak, Vaaqn rayonunda fərdi yaşayış evi, Göyçə(“Sevan”-erm.) gölü sahilindəki bağ evi və digər daşınmaz əmlaklar müsadirə edilməlidir. Lakin S.Ohanyan iddia edir ki, prokurorluğun ona aid etdiyi əmlak əslində onun deyil.
Xatırladaq ki, Seyran Ohanyan əmlaklarının müsadirə olunmasına dair hüquqi proses 2021-ci ilin dekabrından başlanıb. 2023-cü ilin yazından isə bununla bağlı məhkəmə iclaslarına start verilib.