Xocavənddə sursat partlayıb, ölən var

17:18 13.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocavənd rayonu ərazisində sursat partlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, hadisə Ağburun adlanan ərazidə qeydə alınıb.

Ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə çoban hadisə yerində ölüb.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.