Xristian QHT-ləri İraqdakı qaçqın düşərgələrində missionerlik edirlər

10:00 30.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqda Qərb mərkəzli xristian qeyri-hökumət təşkilatları (QHT) missionerlik fəaliyyətlərini artırıb.

Hafta.az-ın “Middle East Eye”yə istinadən yazdığına görə, İraqdakı qaçqın düşərgələrində fəaliyyət göstərən xristian QHT-lər düşərgələrdə yaşayan insanlara kilsələrdə ingilis dili kimi müxtəlif dərslər təklif edirlər.

Xristian qeyri-hökumət təşkilatlarının xüsusilə yezidilərə qarşı missionerlik fəaliyyəti nəticəsində kilsələrdə təhsil alan azlıq qrupuna aid insanların xaç taxmağa başladığı deyilir. Xristian QHT-lərin bölgədə missionerlik işləri çərçivəsində fəaliyyət sahəsi yaratmasına yezidilərin reaksiya verdiyi bildirilir.

Xristian QHT-ləri Duhokdakı Şəriyə düşərgəsində 4-17 yaşlı uşaqlara musiqi və incəsənət sahələri, o cümlədən məktəb yay proqramları vasitəsilə xristian təlimlərini aşılamaqda ittihamlanır. Artıq yerli əhalinin məktəblərdə və küçələrdə bir-birlərinə "İsa Məsih sizə xeyir-dua versin. İsa Allahdır" deyə xristian mahnıları oxuyan çoxlu uşaqları var.