Xudafərin qəsəbəsi belə olacaq -FOTO

13:57 23.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yenidən salınacaq Cəbrayılın Xudafərin qəsəbəsində öz ata-baba yurdlarına geri qayıdacaq keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait yaradılmasına dair işlərə başlanılıb.

Bu barədə hafta.az-a Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Bildirilib ki, burada aparılan tikinti işlərində “dayanıqlı kənd”, “yaşıl enerji” və “dayanıqlı nəqliyyat” yanaşmaları əsas götürülüb.

 

Xudafərin qəsəbəsinin konseptual layihəsinin bir hissəsini təqdim edirik.