Yanğında xəsarət alanlar evə buraxılıb

10:24 18.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasındakı yanğında xəsarət alanlar evə buraxılıb.

Bu barədə hafta.az-a TƏBİB-dən bildirilib.


Qeyd edilib ki, yanvarın 18-də Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) ambulator müalicə üçün evə buraxılıb.