Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşuldu

15:14 23.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti məlum olub.

Hafta.az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd qafqazinfo.az-a bildirib ki, Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

"5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib", - məlumatda qeyd edilib.