YAP nümayəndə heyəti III Antalya Diplomatiya Forumunda iştirak edir

21:48 01.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 1-də III Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb. Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən Forum “Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq” mövzusuna həsr edilib.

Yeni Azərbaycan Partiyasından hafta.az-a bildiriblər ki, dünyanın 147 ölkəsindən 4000-ə qədər nümayəndənin qatıldığı Foruma beynəlxalq müstəvidə olduqca yüksək diqqət və maraq var. Forum çərçivəsində keçiriləcək 50-dən artıq panel iclasında regional və beynəlxalq təhlükəsizlik problemləri, o cümlədən dünyanın müxtəlif bölgələrində münaqişələr və müharibələr, terrorizm, miqrasiya, islamofobiya, iqlim dəyişiklikləri, epidemiyalar, qida və enerji təhlükəsizliyi, süni intellektin tətbiqinin riskli nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Forumun ilk günündə keçirilən bir sıra panel iclaslarına qatılıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Forumun yüksək səviyyəli iştirakçılarının şərəfinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın adından verilən rəsmi ziyafətdə də iştirak edib.

Oxunma sayı 103
Siyasət rubrikasından digər xəbərlər