Yardımlıda evdə yanğın olub

21:30 25.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yardımlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Yardımlı rayonunun Sırıq kəndində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.