Yasamalda 3 min 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb

12:40 02.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt ərazisində yerləşən rabitə quyularının birindən 3 min 200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıb. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılanların qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Oxunma sayı 50