Yasamalda motosiklet oğurlayan şəxs tutulub

14:45 26.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə A.M.Şərifzadə küçəsindən T.Əsədova məxsus motosikletin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akşin Hüseynli tutulub.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da müəyyənləşdirilib.