Yasamalın bu hissəsi tullantılardan təmizlənib

19:22 22.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonu, “Zefir Mall” Ticarət Mərkəzinin arxa hissəsində məişət tullantılarının qalaqlanması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Hafta.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Birliyə məcburi göstəriş verilib.

Oxunma sayı 25