Yaşayış binasında təhlükə aradan qaldırılıb

15:40 26.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanında daş parçası asılı vəziyyətdə qalıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.