Yazını böyüt
Yazını kiçilt
Bakıda yanğın hadisəsi baş verib.
Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində karton taralar 6 m² sahədə yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.