İsrailin Qəzzaya hücumlarının başladığı 2023-cü il oktyabrın 7-dən bir il keçir. Bir ildir davam edən hücumlar müharibənin ildönümünə yaxın Livana da yayılıb. İranın İsrailə hücumları və İsrailin cavab vermə ehtimalına görə bütün dünya bölgəni yaxından izləyir. Bəs, 1 illik müddətdə bölgədə hansı balanslar dəyişdi, müharibə nəyə və necə təsir etdi?
Hafta.az-ın yazdığına görə, Diplomatik Münasibətlər və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Dr. Tolqa Sakman bölgədəki hadisələri dəyərləndirdi.
Sakman əvvəlcə müharibənin indiki vəziyyətinə toxundu. Çıxışına “Bir ilin sonunda hər kəs İsrailin əvvəldə dediyi terrora qarşı əməliyyat məntiqindən uzaq olduğunu açıq şəkildə gördü” deyə başlayan Sakman, “Çünki bölgəyə yayılan müharibə göstərir ki, İsrail bunu əvvəlki planlarına uyğun olaraq həyata keçirib. Biz artıq bilirdik ki, İsrail bütün regionda münaqişə dövləti qurur, lakin buna mane olan konyuktura strukturu var idi. Bu gün görürük ki, İsrail administrasiyası bir çox amillərdən, xüsusilə Amerikadakı seçkilərdən öz xeyrinə istifadə edərək, atəşi addım-addım bölgəyə yayır” deyən Sakman müharibənin qlobal və regional təsirlərinə də toxundu. Bildirdi ki, bir il öncə yalnız Qəzzada olduğu zənn edilən hücumlara qarşı baxış məhdud idi, lakin bu gün Livan, Suriya və İraqa sıçrayan qarşıdurma yalnız İsrailin hücumlarına qarşı olanlar deyil. Eyni zamanda İsraili dəstəkləyənlər üçün də mürəkkəb vəziyyət yaradıb.
Sakman Amerikadakı seçkiləri xatırladaraq deyib: “Amerika və Avropada mövcud vəziyyət tarixi yük və ya siyasi konyukturaya görə çətinləşib. ABŞ-ın İsrailin tərəfində olan barışmaz mövqeyi Amerika administrasiyasının regiondakı maraqlarına zidd tendensiyaya səbəb olub. Avropa isə fundamental dəyərlər kimi qələmə verdiyi bir çox məsələyə məhəl qoymamalı oldu. İsrailin hücumlarını yaymağa başlaması beynəlxalq siyasət daha ehtiyatlı mövqe sərgiləyir. Xüsusən də Avropada çatlaq səslər kimi xarakterizə edilə bilən sözlər eşidilməyə başladı. Sosial reflekslərin təzyiqi altında bu mövqeyin daha təsirli və daha geniş olması ehtimalı var”.