Yeddi yaşlı qız internatda öldü

16:45 16.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda internat məktəbində ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ruhi-əsəb internatında qeydə alınıb.

7 yaşlı Vəliyeva Svetlana Vüqar qızı qəflətən dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 53