Yeni doğulan körpələr arasında COVİD-19-a yoluxma halı aşkarlanıb

15:50 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yeni doğulmuş körpələr arasında koronavirusa yoluxma halları aşkarlanıb.

Hafta.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Mütəxəssis bildirib ki, COVID-19-a yoluxma hər yaş qrupunda var:

“Onlar arasında virusu ağır keçirənlər də var. Amma, yeni doğulan körpələr və azyaşlılar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.