Yeni kabus – ERİS

15:51 26.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-cu ilin son günlərində Çinin Uhan şəhərində müşahidə olunan koronavirus (COVID-19) qısa zamanda dünyaya yayılaraq, milyonlarla insanın həyatına son qoyub. Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir.

“Omicron”un daha yoluxucu, lakin daha az öldürücü variantından sonra bir çox ölkə istirahət etmək qərarına gələrkən, dünya bir daha Eris xəbərindən təşvişə düşüb.

Bir çox ölkədə, xüsusən də ABŞ və İngiltərədəkorona hallarının sayı yenidən artır, ekspertlər bu vəziyyətə görə yeni variantı məsul görürlər. ABŞ-ın ardıcıl maska qərarları dünya gündəmi olub.

Atlantada yerləşən Morris Brown Kolleci, COVID maskası tələbini yenidən tətbiq etdiklərini açıqlayıb. Açıqlamada universitet rəhbərliyi maska ​​taxmağın 14 gün müddətində məcburi olduğunu vurğulayaraq, kampusda məsafə qaydalarına riayət etməyi xahiş edib.

Xəstəliklərə Nəzarət Mərkəzlərinin son məlumatları göstərir ki, yeni variant bütün Corciya ştatında daha çox yayılır və ştatda xəstəxanaya yerləşdirilmələrin sayı 30 faizə qədər artmaqdadır. Oxşar qərar Corciya ştatından yüzlərlə kilometr aralıda yerləşən Lionsgate-dən də gəlib. “John Wick və The Hunger Games” kimi filmlərin istehsalı ilə məşğul olan Hollivud studiyası işçilərinə maska ​​taxmağı tapşırıb.

Deadline tərəfindən əldə edilən e-poçtda Los Angeles ofisindəki işçilərdən tibbi maskalar taxmaları istənilib. Şirkət həmçinin son 10 gündə xaricə gedən işçilərinin ofisə gəlməməsini xahiş edib.

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, iyulun 6-dan avqustun 3-dək dünya üzrə 1 milyon yeni yoluxma və 3100 ölüm halı qeydə alınıb. Bu o deməkdir ki, pandemiyanın başlanğıcından bəri insan itkisi 7 milyona yaxınlaşıb.

EG.5, (Eris), bu yaxınlarda ABŞ-da Covid-19-un ən dominant ştamına çevrilib və CDC onun yeni halların 20%-dən çoxunu təşkil etdiyini təxmin edir. Bəs yeni variantın əlamətləri nələrdir? İngilis alimləri Erisin ən çox görülən əlamətlərini təsvir ediblər. Eris Omicron-un alt variantıdır, ona görə də simptomlar digər variantlara bənzəyir. Zoe Sağlamlıq Araşdırmasına görə, Eris variantının ən çox görülən 10 simptomu bunlardır:

Boğazağrısı

Burunaxması

Tıxanmış burun

Asqırmaq

Bəlğəmsiz öskürək

Başağrısı

Bəlğəmli öskürək

Boğuq səs

Əzələ ağrıları

Qoxuda dəyişiklik

Ləman