Yeni pensiya konsepsiyası hazırlanır

15:49 05.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yeni pensiya konsepsiyası müzakirə mərhələsindədir. Deputatların təklifləri konsepsiyada nəzərə alınacaq". 

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə çıxışı zamanı deyib. 

 

O bildirib ki, 2000-ci ildə 5-6 uşaqlı ailələrin sayı 1137 idisə, 2010-cu ildə cəmi 36 belə ailə, 2020-ci ildə isə 16 ailə olub: "Hesab edirik ki, çoxuşaqlı ailələrin azalması fonunda deputatların qeyd etdiyi təkliflərə baxıla bilər".