Yeni qanun qəbul olunur: itini-pişiyini azdıranlar cərimələnəcəklər

13:10 23.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Rusiya Dövlət Duması, itini və ya pişiyini evdən qovanların cərimələnməsini nəzərdə tutan qanun layihəsini ilk oxunuşda qəbul edib.
Hafta.az-ın yazdığına görə, layihə tam qəbul edildikdən sonra it və pişiyini evdən qovan hər bir kəs 30 min rubl və ya 400 dollar cərimə ediləcək. Qanun layihəsində həmçinin, evdə saxlanılması yasaq olan heyvanlarla bağlı da bənd var. Həmin maddəyə əsasən qanunla yasaqlanan heyvanları saxlayan şəxslər 150 min rubl və 2 min dollar məbləğində cərimə ödəyəcəklər. Bundan əlavə, heyvanlara pis münasibət göstərdiyi aşkar edilən heyvan sığınacaqları da diqqətli olmalıdırlar. Yanlış münasibət onları 100 min rubl və ya 1300 dollarından məhrum edə bilər.