Yeni qərar: ilk vaksini vurduranlar iki gün işə çıxmayacaqlar

13:50 25.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Rusiya prezidenti Vladimir Putin koronavirus aşısı vurduranlara iki gün istirahət verilməsi barədə təlimat imzalayıb.
Hafta.az-ın yazdığına görə, ölkədə koronavirisa yoluxma sayının kəskin artdığı bir vaxtda dövlət başçısının belə bir qərara gəlməsi, əhalinin aşılanma prosesində daha fəal iştirakına stimul yaratmaqdır. 
Prezidentin daha bir təlimatıyla 60 yaşdan yuxarı və xroniki xəstə olan ölkə vətəndaşlarına da, aşılanma və immunitet yaranması üçün lazım olan müddəti nəzərə alaraq, dörd həftə evdən işləmələr üçün əlaqədar orqanlara tövsiyyələr verilib. Bundan əlavə, Putinin hökumətə koronavirus test sayının və günlük aşılama sürətinin artırılması üçün də təlimat verdiyi bildirilir.